"Şamaxı" və "Neftçi"nin futbolçusu cəzalanıb

"Şamaxı" və "Neftçi"nin futbolçusu cəzalanıb AFFA İntizam Komitəsi (İK) "Şamaxı"nın futbolçusu Franko Floresi bir oyunluq cəzalandırıb.
Futbol
28 Aprel , 2022 15:43
Şamaxı və Neftçinin futbolçusu cəzalanıb

AFFA İntizam Komitəsi (İK) "Şamaxı"nın futbolçusu Franko Floresi bir oyunluq cəzalandırıb.

"Report"un məlumatına görə, buna 29 yaşlı müdafiəçinin Premyer Liqanın XXIV turunda "Sabah"a 1:5 hesabı ilə uduzduqları oyunda qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub.

Rəqibi aşkar qol imkanından məhrum edən argentinalı oyunçu klubunu 200 manat ziyana salıb.

İK "Neftçi"nin oyunçusu Ömər Buludova da eyni cəzanı verib. 24 yaşlı müdafiəçi "Səbail"ə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. "Ağ-qaralar" buna görə 200 manat ödəyəcək.

Son xəbərlər

Orphus sistemi