Salvador yığmasının iki futbolçusu matç zamanı ABŞ millisinin oyunçularını dişləyib - VİDEO

Salvador yığmasının iki futbolçusu matç zamanı ABŞ millisinin oyunçularını dişləyib - VİDEO Əvvəlcə Henri Romero Cozi Altidora, daha sonra isə Darvin Seren Omar Qonsalesə xəsarət yetirib
Futbol
21 İyul , 2017 15:37
Salvador yığmasının iki futbolçusu matç zamanı ABŞ millisinin oyunçularını dişləyib - VİDEO

Bakı. 21 iyul. REPORT.AZ/ KONKAKAF zonasında keçirilən "Gold Cup" turnirinin oyunu zamanı Salvador yığmasının iki futbolçusu idmançıya yaraşmayan hərəkətə yol verib.

“Report”un məlumatına görə, onlar ABŞ millisinə qarşı görüşdə rəqib oyunçunu dişləyiblər.

Əvvəlcə Henri Romero Cozi Altidora, daha sonra Darvin Seren Omar Qonsalesə xəsarət yetirib.

Qeyd edək ki, ABŞ yığması bu matçda Salvador millisinini 2:0 hesabı ilə məğlub etməklə yarımfinala vəsiqə qazanıb. Məğlub komandanın heyətində "Zirə"nin sabiq futbolçusu Nelson Bonilya da yer alıb. 

Son xəbərlər

Orphus sistemi