Şahzadə Əli: "FİFA-da böhran dərinləşir"

Şahzadə Əli: "FİFA-da böhran dərinləşir" FİFA prezidentliyinə namizəd: "Seçkinin vaxtının dəyişdirliməsi yolverilməzdir"
Futbol
14 Oktyabr , 2015 11:46
Şahzadə Əli: FİFA-da böhran dərinləşir

Bakı. 14 oktyabr. REPORT.AZ/ Beynəlxalq Futbol Federasiyası Assosiasiyasına (FİFA) yeni prezidentin seçilmə tarixinin dəyişdirilməsi yolverilməzdir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu FİFA prezidentliyinə namizəd, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn bildirib.

"FİFA-da böhran dərinləşir. Yeni hesabatlı prezident seçərək, təşkilat müvəqqəti rəhbərlik tərəfindən idarə edilməsi çərçivəsindən çıxarılmalıdır. Seçkinin keçirilməsi tarixinin dəyişdirilməsi qeyri-sabitlik üçün əlavə problem yaradacaq. Bu, bütün dünyada baş verənlərdən FİFA-nın nəticə çıxarmadığını göstərəcək", - deyə, prezidentliyə namizəd şahzadənin bəyanatında vurğulanıb.

Qeyd edək ki, FİFA-da prezident seçkisi 2016-cı il fevralın 22-də nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi