Şahmatçılar futbol oynadı

Şahmatçılar futbol oynadı "Shamkir Kapital Group" turnirin əsas mükafatına sahib çıxıb
Futbol
1426
23 Aprel , 2015 00:07
Şahmatçılar futbol oynadı

Bakı. 23 aprel. REPORT.AZ/ Synergy Group tərəfindən təşkil edilən ShamkirChess2015 turnirinin iştirakçıları istirahət günündə futbol turnirində gücünü sınayıb. İlk yarımfinal görüşündə Azərbaycan jurnalistləri yerli şahmatçılardan ibarət komandanı 5:1 hesabıyla məğlub edib.

"Report" xəbər verir ki, finala vəsiqə uğrunda digər görüşdə dünya şahmatçılarından ibarət kollektiv "Shamkir Kapital Group"a 1:7 hesabıyla uduzub.

3-cü yer uğrunda görüşdə dünya şahmatçıları 3:1 hesablı qələbə qazanıb. Bu görüşdə uduzan Azərbaycan şahmatçıları 4-cü yeri tutub. Finalda "Shamkir Kapital Group" Azərbaycan jurnalistlərinə 4:2 hesabla qalib gələrək turnirin əsas mükafatına sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi