Şahin Diniyev: “İstefamı bir qrup şəxs istəyir”

Şahin Diniyev: “İstefamı bir qrup şəxs istəyir” "Axıra qədər gedəcəyəm"
Futbol
7 Noyabr , 2017 17:54
Şahin Diniyev: “İstefamı bir qrup şəxs istəyir”

Bakı. 7 noyabr. REPORT.AZ/ "İstefam bir qrup şəxs tərəfindən məqsədli şəkildə gündəmə gətirilir”.

Bunu "Report"a açıqlamasında Gəncənin "Kəpəz” futbol komandasının baş məşqçisi Şahin Diniyev deyib.

Azərbaycan Premyer Liqasınının XI turunda evdə "Qarabağ”a 0:2 hesablı məğlubiyyətdən sonra istefa verdiyinə dair xəbərlər yayılan 51 yaşlı mütəxəssis belə bir niyyətinin olmadığını söyləyib: "Bu kollektivi mən yaratmışam. Son 3 ilə nəzər salsaq, inkişaf göz qabağındadır. Axıra qədər gedəcəyəm. Burada iynə üstündə oturmamışam, işimi vicdanla görürəm, maksimum güc sərf edirik. İstefa rəhbərliklə baş məşqçi arasında olan məsələdir. Məni bu posta getməyimi istəyən həmin qrup təyin etməyib ki, onların sözü ilə də istefa verəm. Ən azı mövsümün sonuna qədər "Kəpəz”dəyəm. Əsl azarkeşlər məni dəstəkləyir. İstefamı onlar yox, bir qrup şəxs istəyir”.

"Kəpəz” noyabrın 18-də XII tur çərçivəsində "Səbail”i qəbul edəcək. Ş.Diniyev bildirib ki, debütantla oyunda müsbət nəticə əldə etməyə çalışacaqlar: "Bu gün sonuncu pillədəyiksə, demək ki, ən zəif bizik. Lakin vəziyyəti dəyişmək də öz əlimizdədir. "Səbail”lə qarşılaşmada müsbət nəticə əldə etməyə çalışacağıq”.

Son xəbərlər

Orphus sistemi