Sadıq Sadıqov: "Kamran Quliyev öz işini bəlkə də məndən yaxşı bilir"

Sadıq Sadıqov: "Kamran Quliyev öz işini bəlkə də məndən yaxşı bilir" "Demişdim ki, bu komandaya bir az vaxt lazımdır, o vaxt artıq yetişib"
Futbol
15 Mart , 2018 12:45
Sadıq Sadıqov: Kamran Quliyev öz işini bəlkə də məndən yaxşı bilir
Report.az

Bakı. 15 mart. REPORT.AZ/ “İdman təşkilatının rəhbəri olaraq nəinki futbolu, bütün idman yarışlarını izləyirik. “Neftçi” futbol komandası da hazırda yüksəlişdədir". 

“Report”un məlumatına görə, bunu “Neftçi” klubunun sabiq prezidenti və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov jurnalistlərə açıqlamasında söyləyib. O, keçmiş klubundakı hazırkı vəziyyəti dəyərləndirib: “Neftçi”yə yeni prezident təyin olunub. Kamran Quliyev Azərbaycan futbolunda tanınmış şəxslərdən biridir. O, “Sumqayıt” klubunun da prezidenti olub. Komandaya Tərlan Əhmədov başçılıq edir. Bizim də vaxtımızda o, baş məşqçi köməkçisi idi". 

S.Sadıqov "Neftçi"nin əvvəlki uğurlarını davam etdirəcəyinə inam ifadə edib: "Demişdim ki, bu komandaya bir az vaxt lazımdır. O vaxt artıq yetişib. Komanda Avropa Liqasına düşmək üçün öz sözünü deyəcək". 

Sabiq klub prezidenti K.Quliyevə heç bir məsləhət vermək istəmədiyini bildirib: “Mən Kamran Quliyevə məsləhət verə bilmərəm. O, öz işini bəlkə də məndən yaxşı bilir. Hansısa klub prezidentinə məsləhət vermək bizlik deyil. Biz ona arzularımızı çatdıra bilərik. Arzu edirik ki, “Neftçi” bir daha Avropa Liqasının qrup mərhələsində oynasın. “Neftçi” azarkeşlərini və bütün xalqımızı sevindirsin. “Neftçi”nin “Qarabağ”la oyununu izlədim. Çox xoşuma gəldi". 

Sadıqov son olaraq, klubun sabiq baş məşqçisi Böyükağa Hacıyevin durumu ilə maraqlandığını da deyib: “Böyükağa müəllimlə maraqlanmamaq olarmı? Onun vəziyyəti yaxşı deyil. Ağırdır. Uzun müddətli müalicəyə ehtiyacı olan xəstəliyi var. Biz ona şəfa diləyirik. Böyükağa müəllimin ailəsi ilə, oğlu ilə əlaqə saxlayırıq. Onlarla çox yaxın münasibətimiz var. Hacıyevə uzun ömür, can sağlığı arzulayaq".

Qeyd edək ki, Sadıq Sadıqov 2009 - 2015-ci illərdə "Neftçi" Futbol Klubunun prezidenti olub.

Son xəbərlər

Orphus sistemi