"Qalatasaray"dan ayrılan futbolçu meydana çıxmadan qırmızı vərəqə alıb - VİDEO

"Qalatasaray"dan ayrılan futbolçu meydana çıxmadan qırmızı vərəqə alıb - VİDEO Bakı. 16 yanvar. REPORT.AZ/ Türkiyənin Qalatasaray klubundan ayrılaraq Səudiyyə Ərəbistanı Əl İttihadına transfer olan Qarri Rodrigesin yeni klubundakı debütü uğursuz alınıb.
Futbol
1263
16 Yanvar , 2019 19:11
Qalatasaraydan ayrılan futbolçu meydana çıxmadan qırmızı vərəqə alıb - VİDEO

Bakı. 16 yanvar. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubundan ayrılaraq Səudiyyə Ərəbistanı "Əl İttihad"ına transfer olan Qarri Rodrigesin yeni klubundakı debütü uğursuz alınıb.

"Report" xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Kral Kuboku matçında "Əl Vaşm"la görüşdə meydana çıxmadan qırmızı vərəqə alıb.

Oyunçu 56-cı dəqiqədə hakimə sərt şəkildə etiraz edib və ikinci sarı vərəqəni alaraq texniki zonadan uzaqlaşdırılıb.

Qeyd edək ki, "Əl İttihad" Qarri Rodriges üçün "Qalatasaray"a 10,25 milyon dollar ödəyib. O, yeni klubu ilə 4.5 illik müqavilə bağlayıb. 

Son xəbərlər

Orphus sistemi