Sabiq futbolçusu "Fənərbağça"dan 840 min avro uddu

Sabiq futbolçusu "Fənərbağça"dan 840 min avro uddu Sabiq futbolçusu Yassin Benziyanın Türkiyənin Fənərbağça klubundan FIFA-ya etdiyi şikayət təmin olunub.
Futbol
469
26 Mart , 2020 09:58
Sabiq futbolçusu Fənərbağçadan 840 min avro uddu

Sabiq futbolçusu Yassin Benziyanın Türkiyənin "Fənərbağça" klubundan FIFA-ya etdiyi şikayət təmin olunub. 

"Report"un məlumatına görə, ali futbol qurumu 2018/2019 mövsümündə "sarı-lacivərdli" formanı icarə əsasında geyinmiş əlcəzairli hücumçunun xeyrinə qərar çıxarıb. 26 yaşlı forvarda 45 gün ərzində maaşı, bonusu və pul cərimələri də nəzərə alınmaqla, 840 min avro ödənilməlidir. İstanbul təmsilçisinin qərardan apellyasiya verəcəyi bildirilir. 

Qeyd edək ki, hazırda Fransa "Dijon"unun formasını geyinən Yassin Benziya "Fənərbağça"da "Lill"in oyunçusu kimi çıxış edib. O, 2016/2017 mövsümündə "Qəbələ"yə qarşı Avropa Liqasının III təsnifat mərhələsinin hər iki görüşündə meydana sonradan daxil olub. "Lill" komandası ilə səfər oyununda 1:1 hesablı heç-heçəyə nail olan Azərbaycan təmsilçisi evdə qalib gəlib - 1:0. 

Son xəbərlər

Orphus sistemi