"Sabah" ukraynalı futbolçu ilə müqavilə imzalayıb

"Sabah" ukraynalı futbolçu ilə müqavilə imzalayıb “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Ukraynalı vinger Aleksey Kaşukla mövsümün sonuna kimi müqavilə bağlanıb.
Futbol
29 Mart , 2022 14:10
Sabah ukraynalı futbolçu ilə müqavilə imzalayıb
Aleksey Kaşuk

“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Paytaxt təmsilçisinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, ukraynalı vinger Aleksey Kaşukla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Donetsk “Şaxtyor”unun yetirməsi olan 21 yaşlı oyunçu karyerası ərzində bu klubun əvəzedici komandası və “Mariupol”un (2019-2022) formasını geyinib.

Aleksey Kaşuk həmçinin Ukraynanın U-21 millisinin üzvüdür.

Son xəbərlər

Orphus sistemi