"Sabah" serbiyalı futbolçu ilə vidalaşdı

"Sabah" serbiyalı futbolçu ilə vidalaşdı 29 yaşlı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib
Futbol
4 iyun 2021 14:16
Sabah serbiyalı futbolçu ilə vidalaşdı
Filip İvanoviç
0 : 00
0 : 00

"Sabah” klubu futbolçusu Filip İvanoviçlə yollarını ayırıb.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Serbiyalı oyunçu 2018-ci ildən komandanın üzvü olub və 59 görüşdə iştirak edib. O, “Sabah”da Saşa Stamenkoviçdən sonra ən çox oyun keçirən ikinci futbolçudur.

Klub futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi