"Sabah" serbiyalı hücumçu ilə müqavilə imzalayıb

"Sabah" serbiyalı hücumçu ilə müqavilə imzalayıb “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
195
14 Sentyabr , 2021 11:41
Sabah serbiyalı hücumçu ilə müqavilə imzalayıb

“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Report"un məlumatına görə, serbiyalı hücumçu Petar Şkuletiçlə 2 illik müqavilə bağlanılıb.

31 yaşlı forvard karyerası ərzində Serbiyanın “Teleoptik” (2008/2009), “Voyvodina” (2011-2014), “Radniçki Niş” (2013), “Partizan” (2014/2015), Avstriyanın LASK (2009 - 2011), Monteneqronun “Zeta” (2011), Rusiyanın “Lokomotiv” (Moskva, 2015-2017), Türkiyənin “Gənclərbirliyi” (2017/2018), “Sivasspor” (2020) və Fransanın “Monpelye” (2018 - 2021) klublarında çıxış edib.

Şkuletiç Serbiya millisində 6 oyun keçirib, 1 qol vurub. O, “Sabah”da 7 nömrəli formada çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi