"Sabah" rəhbərliyindən ultimatum: "Ya müqavilə bağlayın, ya da qaçın"

"Sabah" rəhbərliyindən ultimatum: "Ya müqavilə bağlayın, ya da qaçın" "Sabah"ın əsas komandasından kənarlaşdırılmış futbolçular - Şakir Seyidov, Emil Qasımov və Elçin Mustafayev əvəzedici heyətin məşqlərində də iştirak edə bilmirlər.
Futbol
23 Sentyabr , 2020 14:06
Sabah rəhbərliyindən ultimatum: Ya müqavilə bağlayın, ya da qaçın

"Sabah"ın əsas komandasından kənarlaşdırılmış futbolçular - Şakir Seyidov, Emil Qasımov və Elçin Mustafayev əvəzedici heyətin məşqlərində də iştirak edə bilmirlər.

Bu barədə "Report"a sözügedən oyunçulardan ikisi - Seyidov və Qasımov məlumat verib. Futbolçuların sözlərinə görə, onların komanda ilə birlikdə məşq etmələrinə icazə verilmir.

Seyidov bildirib ki, məşq zamanı yalnız meydanın kənarında qaçırlar: "Aut xəttindən 3 metr aralıda yer veriblər ki, burada məşq edin. Yalnız qaçırırq, meydanı dövrə vururuq. Rəhbərlik məşqçilərə deyib ki, gəlsinlər, müqavilə bağlasınlar, məşqə buraxaq. Yeni sözləşmə olmasa, yalnız kənarda qaçacaqlar".

Qasımov isə hazırkı vəziyyətin ona pis təsir etdiyini söyləyib: "Mən peşəkar futbolcuyam. Nə edə bilərəm? Klubla müqaviləmiz ola-ola nəinki əsas komanda, hec əvəzedici heyətlə də məşqə çıxa bilmirik. Biz kluba təklifimizi demişik: məşqə çıxaq, baş məşqci bizi görsün. Planında biz varıqsa, oturub müqavilə şərtlərini danışmaq olar".

"Sabah"ın Mətbuat katibi Elnur Həmidov isə "Report"a bildirib ki, hər iki futbolçu ilə müqavilə şərtlərinə tam əməl edilir: "Məşqlərin hansı şəkildə keçirilməsi və futbolçulara hansı tapşırıqların verilməsinə məşqçilər heyəti qərar verir".

Qeyd edək ki, hər 3 futbolçunun "Sabah"la cari mövsümün sonunadək müqaviləsi var.

Son xəbərlər

Orphus sistemi