“Sabah” - “Qarabağ” matçı FIFA referisinə tapşırılıb

“Sabah” - “Qarabağ” matçı FIFA referisinə tapşırılıb Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun oyunları üçün bütün təyinatlar açıqlanıb.
Futbol
28 Noyabr , 2019 10:27
“Sabah” - “Qarabağ” matçı FIFA referisinə tapşırılıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun oyunları üçün bütün təyinatlar açıqlanıb. 

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun “Keşlə” və “Sumqayıt” arasında keçiriləcək açılış matçı Elçin Məsiyevə tapşırılıb. Tura yekun vuracaq “Sabah” – “Qarabağ” dueli isə FIFA referi Əliyar Ağayevə həvalə olunub. 

30 noyabr (şənbə)

17:00. “Keşlə” – “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Fərid Hacıyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“ASCO Arena”

15:00. “Qəbələ” – “Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Nicat İsmayıllı

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

Qəbələ şəhər stadionu

1 dekabr (bazar)

15:00. “Səbail” – “Neftçi”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev

Hakim-inspektor: Fariz Yusifov

AFFA nümayəndəsi: Rüfət Əmirov

“ASCO Arena”


2 dekabr (bazar ertəsi)

20:00. “Sabah” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Əliyev İlham

“Bank Respublika Arena”

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi