"Sabah" - "Neftçi" matçında insident baş verib

"Sabah" - "Neftçi" matçında insident baş verib Futbol üzrə Azərbaycan Premyer Liqasının III turunun "Sabah" - "Neftçi" matçında insident baş verib.
Futbol
20 Avqust , 2022 22:15
Sabah - Neftçi matçında insident baş verib

Futbol üzrə Azərbaycan Premyer Liqasının III turunun "Sabah" - "Neftçi" matçında insident baş verib.

"Report"un məlumatına görə, əvvəlcə iki mübarizə zamanı meydan sahiblərinin futbolçusu Aleksey İsayev qonaqların yarımmüdafiəçisi Kenni Sayefə qarşı kobudluqdan sonra onu itələyib.

Ardınca isə cərimə zərbəsi zamanı "Sabah"dan Abdulaye Ba ilə "Neftçi"dən Voislav Stankoviç arasında gərginlik baş verib. Matçın baş hakimi Fərid Hacıyev hər iki futbolçunu sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, hazırda görüşdə ikinci hissə oynanılır və hesab bərabərdir - 1:1.

Son xəbərlər

Orphus sistemi