"Sabah"dan ayrılan futbolçu keçmiş komandasına qayıtdı - YENİLƏNİB

"Sabah"dan ayrılan futbolçu keçmiş komandasına qayıtdı - YENİLƏNİB Təcrübəli cinah oyunçusu ilə 2 illik müqavilə bağlanılıb
Futbol
25 May , 2021 23:10
Sabahdan ayrılan futbolçu keçmiş komandasına qayıtdı - YENİLƏNİB
0 : 00
0 : 00

"Sabah" klubundan ayrılan Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə "Zirə" komandasına qayıdıb.

"Report"un "qartallar"ın rəsmi saytına istinadən məlumatına görə, təcrübəli cinah oyunçusu ilə 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 2015 - 2017-ci illərdə də "Zirə"nin formasını geyinmiş 28 yaşlı müdafiəçi daha əvvəl "Qarabağ", AZAL, "Qəbələ" və "Sabah"da çıxış edib. O, yığmada 22 oyuna 3 qol vurub.

22:18

"Sabah” futbolçusu Təmkin Xəlilzadə ilə yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Masazır təmsilçisi təcrübəli oyunçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən Təmkin Xəlilzadə 2018-ci ilin dekabrından "Sabah"da çıxış edirdi.

Təmkin Xəlilzadə
Təmkin Xəlilzadə

Son xəbərlər

Orphus sistemi