"Sabah" Macarıstan və Serbiya klubları ilə qarşılaşacaq

"Sabah" Macarıstan və Serbiya klubları ilə qarşılaşacaq Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq “Sabah”ın hazırlıq müddətində qarşılaşacağı rəqiblərdən ikisi bəlli olub.
Futbol
28 dekabr 2021 12:56
Sabah Macarıstan və Serbiya klubları ilə qarşılaşacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq “Sabah”ın hazırlıq müddətində qarşılaşacağı rəqiblərdən ikisi bəlli olub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 15-də Macarıstanın “Pakş”, 25-də isə Serbiyanın “Mladost” (Luçani) komandaları ilə üz-üzə gələcək.

Toplanış müddətində daha bir oyunun keçirilməsi nəzərdə tutulub. Rəqibin kimliyi hələlik bəlli deyil.

Qeyd edək ki, "Sabah"ın Antalya toplanışı 12 - 26 yanvarda olacaq.

Son xəbərlər

Orphus sistemi