"Sabah" komandası səfərdə "Sumqayıt"ı məğlub edib

"Sabah" komandası səfərdə "Sumqayıt"ı məğlub edib Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun növbəti görüşü keçirilib.
Futbol
2 aprel 2022 16:06
Sabah komandası səfərdə Sumqayıtı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun növbəti görüşü keçirilib.

"Report"un məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" "Sabah" komandasını qəbul edib. Baş hakim Kamal Umudlunun idarə etdiyi qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb. Martın 3-də "Qəbələ" "Keşlə"ni, "Neftçi" "Zirə"ni qəbul edəcək.

Hesabı 22-ci dəqiqədə Aleksey İsayev açıb. Bundan 3 dəqiqə sonra Xuan Kamara fərqi artırıb. Oyunda son nöqtəni isə 50-ci dəqiqədə uzaq məsafədən baxımlı qolla Coy-Lens Mikels qoyub.

Beləliklə, xalını 29-a çatdıran "Sabah" 5-ci pillədə yer alıb. "Sumqayıt" ardıcıl 12-ci matçında qələbəyə həsrət qalıb. "Gənclik şəhəri" təmsilçisi sonuncu dəfə 2021-ci il oktyabrın 31-də "Səbail" üzərində qazanıb - 2:0. Hazırda bu komanda 14 xalla 7-ci yerdə gedir.

Xatırladaq ki, turun açılış oyununda "Qarabağ" "Səbail"i darmadağın edib - 5:1. Aprelin 3-də "Qəbələ" "Keşlə"ni, "Neftçi" "Zirə"ni sınağa çəkəcək.

Son xəbərlər

Orphus sistemi