"Sabah" komandası hazırlıq planını açıqladı

"Sabah" komandası hazırlıq planını açıqladı “Sabah” FK-nın yay hazırlıq planı bəlli olub. Komandamız iyulun 1-də Bakıda yığışacaq. Təlim-məşq toplanışının ilk iki həftəsi paytaxtda baş tutacaq.
Futbol
121
29 İyun , 2021 12:38
Sabah komandası hazırlıq planını açıqladı

“Sabah” komandasının yay hazırlıq planı bəlli olub.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, futbolçular iyulun 1-də Bakıda yığışacaq.

Təlim-məşq toplanışının ilk iki həftəsi ölkə daxilində baş tutacaq. İyulun 15-də Gürcüstanın paytaxtı Tbilisiyə yollanacaq “ağ-göylər” iki həftə burada hazırlıq keçəcək.

Bakıda 2, Tbilisidə isə 4 yoxlama matçının keçirilməsi nəzərdə tutulub. Komanda iyulun 9-da “Bank Respublika Arena”da “Zirə” ilə üz-üzə gələcək. Digər rəqiblər hələ ki, bəlli deyil.

Son xəbərlər

Orphus sistemi