"Sabah" klubunun qış hazırlıq planı bəlli olub

"Sabah" klubunun qış hazırlıq planı bəlli olub "Sabah" klubunun qış təlim-məşq toplanışı üçün planı bəlli olub.
Futbol
30 Noyabr , 2021 15:02
Sabah klubunun qış hazırlıq planı bəlli olub

"Sabah" futbol komandasının qış təlim-məşq toplanışı üçün planı bəlli olub.

Paytaxt təmsilçisinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, kollektiv hazırlıqlara yanvarın 6-da Bakıda başlayacaq.

12 - 26 yanvarda isə Türkiyənin Antalya şəhərində hazırlıq prosesi planlaşdırılır. Murad Musayevin baş məşqçi olduğu kollektiv burada 3 yoxlama oyunu keçirəcək.

Rəqiblərin kimliyi hələ dəqiqləşməyib.

Qeyd edək ki, daha əvvəl "Qarabağ" və "Neftçi"nin də toplanış üçün Antalyaya üz tutacağı bəll olub.

Son xəbərlər

Orphus sistemi