"Sabah"da daha 5 futbolçuda koronavirus aşkarlandı

"Sabah"da daha 5 futbolçuda koronavirus aşkarlandı "Sabah" klubunda koronavirisa yoluxan futbolçuların adları bəlli olub.
Futbol
4 Dekabr , 2020 10:30
Sabahda daha 5 futbolçuda koronavirus aşkarlandı

"Sabah" klubunda daha beş futbolçu koronavirisa yoluxub.

"Report"un məlumatına görə, bu, sonuncu testlərdən sonra müəyyənləşib. Paytaxt təmsilçisində Nikola Vuyadinoviç, Ozan Can Kökcü, Slavik Alxasov, Məhəmməd Mirzəbəyov və Kevin Kubembanın testi müsbət çıxıb.

Bundan əlavə Coşqun Diniyev, Yevgeni Koçuk və Xulio Rodriges də aktiv xəstədir.

Qeyd edək ki, "Sabah" Azərbaycan Premyer Liqasının XII turunda dekabrın 5-də evdə "Neftçi" ilə qarşılaşmalı idi, lakin qarşılaşma qeyri-müəyyən müddətə təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi