"Sabah" klubu yeni futbolçu transfer edib

"Sabah" klubu yeni futbolçu transfer edib “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
18 Fevral , 2022 15:58
Sabah klubu yeni futbolçu transfer edib

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Bosniya və Herseqovinadan olan Boyan Letiçlə müqavilə imzalanıb.

29 yaşlı müdafiəçi mövsümün sonunadək "Sabah"da çıxış edəcək.

Qeyd edək ki, Boyan Letiç karyerası ərzində ölkəsnin “Kozara Qradiska” (2011/12), “Velej Mostar” (2012-2014), “Sarayevo” (2019/20), Slovakiyanın “Jilina” (2014-2017), Çexiyanın “Karvina” (2017-2019) və Serbiyanın “Radniçki Niş” (2020) klublarında çıxış edib. Onun son klubu İspaniya “Mirandes”i (2020-2022) olub.

Son xəbərlər

Orphus sistemi