"Sabah" klubu yeni baş məşqçinin rəhbərliyi altında ardıcıl 5-ci məğlubiyyətlə üzləşib

"Sabah" klubu yeni baş məşqçinin rəhbərliyi altında ardıcıl 5-ci məğlubiyyətlə üzləşib Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib.
Futbol
1 Fevral , 2020 16:53
Sabah klubu yeni baş məşqçinin rəhbərliyi altında ardıcıl 5-ci məğlubiyyətlə üzləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib.

"Report"un məlumatına görə, XV turun açılış matçında "Zirə" "Sabah" komandasını qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda keçirilmiş oyunda qapılara 2 qol vurulub. Fasiləyə 1:0 üstün yollanan meydan sahibləri ikinci hissədə daha bir dəfə fərqlənməklə görüşdən 3 xalla ayrılıb. "Zirə"nin qollarına 45+1-ci dəqiqədə yeni transfer Ağabala Ramazanov və 78-ci dəqiqədə Riçard Qadze imza atıb.

Bu, "Sabah"ın Azərbaycan Kubokunun 1/4 final oyunları da nəzərə alınmaqla, ardıcıl 5-ci məğlubiyyəti olub. Jelko Sopiçin baş məşqçi olduğu kollektiv daha əvvəl Premyer Liqada "Qarabağ" (0:1) və "Neftçi"yə (0:2), kubokda isə "Qəbələ"yə hər iki matçda (0:3, 2:3) uduzub.

Qeyd edək ki, bu qələbədən sonra xalını 20-yə çatdıran "Zirə" klubu 20 xalla turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib. 13 xala malik "Sabah" isə 6-cı pillədə qərarlaşıb. Bu komandalar arasında ilk iki dövrədəki görüşlərdə qalib müəyyənləşməmişdi - 1:1, 2:2.

Son xəbərlər

Orphus sistemi