"Sabah" klubu "Səbail"dən ayrılan hücumçunu transfer edib

"Sabah" klubu "Səbail"dən ayrılan hücumçunu transfer edib Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
7 İyun , 2019 14:55
Sabah klubu Səbaildən ayrılan hücumçunu transfer edib

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Konqo əsilli fransalı hücumçu Kevin Kubemba ilə 2 illik müqavilə bağlanıb.

26 yaşlı forvard karyerası ərzində Fransanın “Amyen”, “Lill”, “Brest”, “Bur-an Bress”, Belçikanın “Sent-Trüden”, Bolqarıstanın MOİK (Sofiya) komandalarının şərəfini qoruyub. O, son mövsümdə Azərbaycanın “Səbail” klubunda çıxış edib.

Hücumçu Konqo millisində 3 oyun keçirib.

Son xəbərlər

Orphus sistemi