"Sabah" klubu "Neftçi" ilə oyunda qüsurlara yol verib

"Sabah" klubu "Neftçi" ilə oyunda qüsurlara yol verib "Sabah" klubu səfərdə "Neftçi" ilə keçirdiyi Azərbaycan Pemyer Liqasının XI tur oyununda nöqsanlara yol verib.
Futbol
1304
26 Noyabr , 2021 14:05
Sabah klubu Neftçi ilə oyunda qüsurlara yol verib

"Sabah" klubu səfərdə "Neftçi" ilə keçirdiyi Azərbaycan Pemyer Liqasının XI tur oyununda nöqsanlara yol verib.

"Report"un məlumatına görə, qonaq komanda futbolçularının geyimlərindəki qüsurlar üzündən matç gec başlayıb.

Bu səbəbdən, "Sabah" 800 manat cərimələnib.

Komandanın baş məşqçisi Murad Musayev isə “A” buraxılış vəsiqəsindən istifadə etməyib. Bununla əlaqədar kluba xəbərdarlıq edilib.

Qeyd edək ki, görüş "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 2:1.

Son xəbərlər

Orphus sistemi