"Sabah" klubunun futbolçu, məşqçi heyəti və digər əməkdaşları koronavirus (COVID-19) testindən keçib.
"Report"un Masazır təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, testin nəticəsi hamıda neqativ çıxıb.
Qeyd edək ki, dünən "Qarabağ", "Neftçi" və "Zirə" klubunun üzvləri, həmçinin azərbaycanlı hakimlərdən koronavirusla bağlı analiz götürülüb.








