"Sabah" klubu ardıcıl 6-cı məğlubiyyətlə üzləşdi

"Sabah" klubu ardıcıl 6-cı məğlubiyyətlə üzləşdi Azərbaycan Premyer Liqasında IX turun son oyunu keçirilib.
Futbol
8 noyabr 2020 15:03
Sabah klubu ardıcıl 6-cı məğlubiyyətlə üzləşdi

Azərbaycan Premyer Liqasında IX turun son oyunu keçirilib.

"Report"un məlumatına görə, "Bank Respublika Arena"da "Sabah" komandası "Zirə"ni qəbul edib. FIFA referisi Rauf Cabbarovun idarə etdiyi görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 58-ci dəqiqədə Ağabala Ramazanov vurub.

42-ci dəqiqədə "Sabah"ın hücumçusu Ramil Şeydayev penaltidən yararlana bilməyib. 90+1-ci dəqiqədə isə "Zirə"nin qapıçısı Mateus Albino ikinci sarı vərəqə alaraq, meydandan qovulub.

Bu qələbə sayəsində "Zirə" xallarını 15-ə çatdırıb və eyni xala malik şərikli liderlər "Qarabağ" və "Sumqayıt"la bərabərləşib. Ardıcıl 6-cı məğlubiyyətlə üzləşən "Sabah" isə 6 xalla sonuncu pillədə qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Keşlə" "Qəbələ"ni 3:1, "Səbail" "Sumqayıt"ı 2:1, "Qarabağ" isə "Neftçi"ni səfərdə 6:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Son xəbərlər

Orphus sistemi