"Sabah"ın yeni transferi: "Rəqabətdən qorxmaq zəiflikdir"

"Sabah"ın yeni transferi: "Rəqabətdən qorxmaq zəiflikdir" Sabah klubu təklif göndərdi, mən isə dəyərləndirmək istədim.
Futbol
26 İyun , 2020 10:40
Sabahın yeni transferi: Rəqabətdən qorxmaq zəiflikdir

"Sabah" klubu təklif göndərdi, mən isə dəyərləndirmək istədim".

Bunu "Report"a açıqlamasında "Sabah"ın yeni transferi Slavik Alxasov yeni komandasına keçidi barədə danışarkən deyib. 

27 yaşlı müdafiəçi daim rəqabətə hazır olduğunu söyləyib. Alxasov əsas heyətə düşmək üçün çalışacağını bildirib: "Rəqabətdən qorxmaq zəiflikdir. Komanda daxilində daim rəqabətin olması mənim xoşuma gəlir. Hələ ki, komanda olaraq bir araya gəlməmişik. Toplaşandan sonra yəqin ki, yeni mövsümdəki hədəflərimizi biləcəyik".

Müdafiəçi "Keşlə"dən ayrılması ilə bağlı bunları deyib: "Mənə dedilər ki, sərfəli təklifin varsa, halallaşıb gedə bilərsən. Klub yeni müqavilədə az məbləğ təklif edirdi. Dedilər ki, sənə istədiyin pulu verə bilmərik".

 Qeyd edək ki, Slavik Alxasov 2016-cı ildən "Keşlə"də çıxış edib.

Son xəbərlər

Orphus sistemi