"Sabah"ın yeni transferi: "İdeal formamdan uzağam"

"Sabah"ın yeni transferi: "İdeal formamdan uzağam" "Burada olmaqdan çox şadam. Yaxşı komandamız var. Günü-gündən özümüzü inkişaf etdiririk".
Futbol
26 İyul , 2021 12:58
Sabahın yeni transferi: İdeal formamdan uzağam

"Burada olmaqdan çox şadam. Yaxşı komandamız var. Günü-gündən özümüzü inkişaf etdiririk".

"Report"un məlumatına görə, bu fikirləri "Sabah"ın yeni transferi Coy-Lans Mikels klubun rəsmi yutub kanalına açıqlamasında Gürcüstanda davam edən təlim-məşq toplanışı barədə danışarkən deyib.

Almaniyalı futbolçu ideal formasından bir qədər uzaq olduğunu bildirib: "Tezliklə öz formamı qazanmaq üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, "Sabah"a Niderland "Maastrixt"indən keçən 27 yaşlı hücumameylli yarımmüdafiəçi 2 illik müqaviləyə qol çəkib.

Son xəbərlər

Orphus sistemi