"Sabah"ın müdafiəçisi: "Futbolda hər şey ola bilər"

"Sabah"ın müdafiəçisi: "Futbolda hər şey ola bilər" Bakı. 16 dekabr. REPORT.AZ/ Baş məşqçimiz bizə çox gözəl taktika vermişdi. Oyun ərzində tez-tez taktikaları dəyişirdik. Amma ən gözəl taktikamız ikinci hissədə oldu. İkinci yarıda çoxlu əziyyət çəkdik, amma hesabı bərabərləşdirə bilmədik.
Futbol
16 Dekabr , 2018 18:32
Sabahın müdafiəçisi: Futbolda hər şey ola bilər

Bakı. 16 dekabr. REPORT.AZ/ "Baş məşqçimiz bizə çox gözəl taktika vermişdi. Oyun ərzində tez-tez taktikaları dəyişirdik. Amma ən gözəl taktikamız ikinci hissədə oldu. İkinci yarıda çoxlu əziyyət çəkdik, amma hesabı bərabərləşdirə bilmədik".

"Report" xəbər verir ki, bu fikirləri "Sabah"ın futbolçusu Filip İvanoviç Azərbaycan Kubokunun 1/4 finalının ilk matçında səfərdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə müsahibəsində deyib.

26 yaşlı müdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Hesabı bərabərləşdirmək üçün bir sıra qol imkanlarınız oldu. Amma yararlana bilmədiniz. Bunu nə ilə əlaqələndirirsiniz?

- Bu gün həqiqətən də bəxtimiz gətirmədi. 45-ci dəqiqədə qapımızda gördüyümüz qol da bəxtsizlikdən irəli gəlir. Rəqibin də çox ciddi şansları olmadı. Bugünkü oyunu bəxtsizlik də adlandırmaq olar.

- Avtoqol müəllifi oldunuz.

- Bu futboldur. Hər şey ola bilər.

- Cavab qarşılaşmasından nə gözləyirsiniz?

- Baş məşqçimiz tez-tez gənc oyunçuları meydana buraxır. Bu, çox gözəl addımdır. İnanırıq ki, gənc oyunçular "Sabah”ın gələcəyidir və növbəti matçlarda da bizə xeyir verəcəklər.

- "Qəbələ”nin daha çox qol imkanları oldu. Bunu nə ilə əlaqələndirirsiniz?

- "Qəbələ”nin çox güclü oyunçuları var. Baş məşqçiləri də çox yaxşıdır. Birinci hissədə istədiyimiz oyunu sərgiləyə bilmədik və rəqib qol vurdu. İkinci yarıda isə üstünlük bizim tərəfimizdə idi. İnanıram ki, cavab görüşündə qalib gələcəyik.

Son xəbərlər

Orphus sistemi