"Qarabağ"ın legioneri cəzalı duruma düşdü - YENİLƏNİB

"Qarabağ"ın legioneri cəzalı duruma düşdü - YENİLƏNİB O, 43-cü dəqiqədə Kevin Kubemba ilə əvəzlənib
Futbol
9 May , 2021 21:55
Qarabağın legioneri cəzalı duruma düşdü - YENİLƏNİB
Kevin Medina

"Qarabağ"ın futbolçusu Kevin Medina cəzalı duruma düşüb.

"Report"un məlumatına görə, buna kolumbiyalı müdafiəçinin "Sabah"la matçda sarı vərəqə görməsi səbəb olub. Bu, 29 yaşlı oyunçunun sayca 4-cü xəbərdarlığıdır.

Medina növbəti turda "Keşlə"yə qarşı matçı buraxacaq.

Qeyd edək ki, "Sabah" - "Qarabağ" görüşündə 2-ci hissə oynanılır və hesab qonaqların xeyrinədir - 4:0.

21:02

"Sabah" klubunun futbolusu Fofana Tiemoko zədələnib.

"Report"un məlumatına görə, "Qarabağ"a qarşı Premyer Liqanın XXVI tur oyununda ayağından xəsarət alan Kot D İvuardan olan yarımmüdafiəçi meydanı tərk edib.

O, 43-cü dəqiqədə Kevin Kubemba ilə əvəzlənib.

Qeyd edək ki, hazırda ilk hissə oynanılır və hesab Ağdam klubunun xeyrinədir - 3:0.

Son xəbərlər

Orphus sistemi