"Sabah" klubunun futbolçusu Xuan Kamara zədələnib.
"Report"un məlumatına görə, ispaniyalı yarımmüdafiəçi səfərdə "Qarabağ"a qarşı keçirilən Premyer Liqanın XXV tur matçında sıradan çıxıb.
Ayağından xəsarət alan 28 yaşlı oyunçu 35-ci dəqiqədə Ceyhun Nuriyevlə əvəzlənib.
Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.