"Sabah"ın legioneri millidən kənarda qaldı

"Sabah"ın legioneri millidən kənarda qaldı Moldova millisinin baş məşqçisi Engin Fırat UEFA Millətlər Liqası öncəsi 7 - 11 avqust tarixlərində keçiriləcək təlim-məşq toplanışı üçün heyəti açıqlayıb.
Futbol
31 İyul , 2020 09:21
Sabahın legioneri millidən kənarda qaldı

Moldova millisinin baş məşqçisi Engin Fırat UEFA Millətlər Liqası öncəsi 7 - 11 avqust tarixlərində keçiriləcək təlim-məşq toplanışı üçün heyəti açıqlayıb.

"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli mütəxəssis 23 futbolçuya dəvət göndərib.

Maraqlıdır ki, son vaxtlar mütəmadi olaraq yığmaya çağırılan "Sabah"ın yarımmüdafiəçisi Yevgeni Koçuk bu dəfə kənarda qalıb.

Əvəzində isə E.Fırat "Neftçi"nin sabiq müdafiəçisi Petru Rakunu heyətə qaytarıb.

Qeyd edək ki, Moldova seçməsi Millətlər Liqasında ilk oyununu sentyabrın 3-də Kosovaya qarşı keçirəcək, 3 gün sonra isə Sloveniya ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi