“Sabah”ın kapitanı: “Komandada bir az məsuliyyətsiz yanaşma var”

“Sabah”ın kapitanı: “Komandada bir az məsuliyyətsiz yanaşma var” Bakı. 10 noyabr. REPORT.AZ/ “Özümüz də nə baş verdiyini bilmədik. Bizim də epizodlarımız olsa da, dəyərləndirməyi bacarmadıq. Elə oyunda ilk təhlükəni biz yaratdıq, amma qol vura bilmədik və onlar əks hücumda hesabı açdılar. Futbolda gərək əlinə düşən imkanlardan istifadə edəsən. Bu oyunu unudub, növbəti matçlar haqda düşünməliyik”.
Futbol
10 Noyabr , 2018 22:43
“Sabah”ın kapitanı: “Komandada bir az məsuliyyətsiz yanaşma var”

Bakı. 10 noyabr. REPORT.AZ/ “Özümüz də nə baş verdiyini bilmədik. Bizim də epizodlarımız olsa da, dəyərləndirməyi bacarmadıq. Elə oyunda ilk təhlükəni biz yaratdıq, amma qol vura bilmədik və onlar əks hücumda hesabı açdılar. Futbolda gərək əlinə düşən imkanlardan istifadə edəsən. Bu oyunu unudub, növbəti matçlar haqda düşünməliyik”.

“Report”un məlumatına görə, bu sözləri “Sabah” komandasının kapitanı Cavid İmamverdiyev evdə “Səbail”ə 0:4 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XI tur matçından sonra deyib.

Daha sonra 28 yaşlı futbolçu jurnalistlərin suallarını cavablandırıb:

- “Səbail”in “Sabah”ı tam analiz etdiyini demək olar?

- Rəqib haqlı qələbə qazandı. Amma düşünürəm ki, biz də əlimizə düşən fürsətlərdən istifadə etsəydik, belə nəticə olmazdı. Təəssüf ki, belə oldu. Bu məğlubiyyəti bizim komandaya yaraşdırmıram.

- Klub prezidenti soyunub-geyinmə otağında idi. Oyundan sonra sizə nə dedi?

- Klub prezidenti də bizə bu nəticəni yaraşdırmadığını söylədi.

- Hər dəfə “Sabah” qol vurmayanda əsas qol silahınız Marko Deviç yada düşür. Onun komandadakı rolu həqiqətənmi belə böyükdür?

- Bu gün demək olar ki, hücumçumuz yoxdur. Tural Qürbətov gəncdir və onun üzərinə yüklənə bilmərik. Hücumçusuz oynayırıq. Amma demək olmaz ki, komandamız 1 oyunçudan asılıdır. Sadəcə, rəqibimiz əlinə düşən fürsətlərdən maksimum istifadə etdi.

- Bu məğlubiyyətdən sonra fasilənin yaranması sizin üçün yaxşıdır?

- Həm bu fasilə, həm də məğlubiyyət yaxşı oldu. Bəzən məğlub olduqdan sonra komandalar özünə gəlir, toparlanır. Düzdür, belə böyük hesablı məğlubiyyəti yaxşı hesab etmək olmaz. Fasilədə daha çox çalışıb növbəti oyunlara hazırlaşacağıq. Bu məğlubiyyət bizə dərs olmalıdır.

- Hansısa oyunçular meydanda tam güclərini ortaya qoymurlar?

- Bunu mən yox, baş məşqçi bilər. Sadəcə, bir az məsuliyyətsiz yanaşma var. Biz bunu aradan qaldırmalıyıq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirsək, yaxşı nəticə əldə edəcəyik.

- Komanda yorğun görünürdü. Bu haqda nə deyə bilərsiniz?

- Düşünmürəm ki, yorğunluq var idi. Sadəcə, qol buraxdıqdan sonra psixoloji olaraq oyundan qopduq. Oyun 90 dəqiqədir, sona qədər mübarizə aparmalıyıq. Bəlkə də sona qədər oynasaq, hesabı 4:4 də edə bilərdik.

- Sizdə sanki hesabda geri düşdükdən sonra geriyə dönüş alınmır...

- Yox, elə deməzdim, hər oyun fərqlidir. Hansı komandaya qarşı oynamağımızın da buna təsiri var. Elə komanda var ki, onlara qarşı önə keçdikdən sonra geri çəkilib hesabı qorumalı olursan. Əgər yaxşı oynayırsansa, qol vurub nəticə də qazanırsan.

- Bu məğlubiyyət şəxsən sizə daha çox təsir edib...

- Elədir, bu məğlubiyyət mənə çox pis təsir etdi. Belə məğlub olmamalı idik. Baş məşqçimiz komandaya öz məsləhətlərin verəcək və toparlanacağıq.

- Millinin oyunlarına qədər psixoloji baxımdan toparlana biləcəksiniz?

- Milli komanda başqa səviyyədir. Burada 0:10 hesabı ilə uduzsaq belə, millinin düşərgəsində əlindən gələni etməlisən. Əgər Qurban Qurbanov məni dəvət etsə, tam hazır formada yığmanın düşərgəsinə yollanacağam

Son xəbərlər

Orphus sistemi