"Sabah"ın ispaniyalı baş məşqçisi: "Biz Azərbaycanı dəstəkləyirik"

"Sabah"ın ispaniyalı baş məşqçisi: "Biz Azərbaycanı dəstəkləyirik" "Oyun bərabər səviyyədə keçdi. Sadəcə əks-hücumlar matçın taleyini həll etdi. Biz fürsətlərdən yararlana bilmədik, rəqib isə yaxşı istifadə etdi və qələbə qazandı".
Futbol
2 Oktyabr , 2020 17:48
Sabahın ispaniyalı baş məşqçisi: Biz Azərbaycanı dəstəkləyirik
Visente Qomes

"Oyun bərabər səviyyədə keçdi. Sadəcə əks-hücumlar matçın taleyini həll etdi. Biz fürsətlərdən yararlana bilmədik, rəqib isə yaxşı istifadə etdi və qələbə qazandı".

"Report"un məlumatına görə, bu fikirləri “Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının V turunda evdə "Keşlə"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, həftəiçi məşqlərin gedişinə əsasən oyunlarda start heyətini müəyyənləşdirir: "Fərqli heyətə səbəb zədəlilərin olmasıdır. Buna görə məcburi rotasiyalar edirik".

İspaniyalı baş məşqçi son günlər cəbhədə baş verən hadisələrə də münasibət bildirib: "Biz idman adamıyıq. Ölkəmizin mövqeyi bəllidir: Azərbaycanı dəstəkləyirik. Müharibə hər zaman insan itkisinə səbəb olur".

Son xəbərlər

Orphus sistemi