"Sabah"ın futbolçusu: "Yalan danışmaq istəmirəm, bu gün bəxtimiz gətirdi"

"Sabah"ın futbolçusu: "Yalan danışmaq istəmirəm, bu gün bəxtimiz gətirdi" Bakı. 27 oktyabr. REPORT.AZ/ Sabahın futbolçusu Vitali Kvaşuk evdə Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbol
27 Oktyabr , 2018 23:08
Sabahın futbolçusu: Yalan danışmaq istəmirəm, bu gün bəxtimiz gətirdi

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Sabah"ın futbolçusu Vitali Kvaşuk evdə "Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report" 25 yaşlı yarımmüdafiəçinin müsahibəsini təqdim edir.

Oyunla bağlı nə deyə bilərsiniz?

- Birinci hissədə ötürmələrlə oynadıq, 20 dəqiqə pressinq etdik. Sonra bir qədər arxaya çəkildik. Hissənin sonunda qol vurduq. İkinci hissədə qol buraxdıq, hesab bərabərləşdi. Rəqibin bir çox qol imkanları oldu. Xüsusən standart vəziyyətlərdə təhlükəli oldular. Sonra biz oyunu bərabərləşdirdik və əks-hücumda oynamağa başladıq, boş zonalar tapdıq. Hesab edirəm ki, layiq olduğumuz ikinci qolu vurduq. Yalan danışmaq istəmirəm, bu gün bəxtimiz gətirdi. Çünki rəqibin bir çox imkanları oldu.

Hesabı ədalətli saymaq olar?

- Bilmirəm. Biz, "Sabah” komandasının nöqteyi-nəzərindən bu hesabı ədalətli sayırıq. Amma rəqib belə qəbul etməyə bilər, çünki qol vurmaq üçün bir çox imkanları oldu. Gözəl bir oyun oldu.

Belə görünür ki, Marko Deviçsiz "Sabah"ın oyunu çətin alınır...

- Təbii ki, Marko komandanın ayrılmaz parçasıdır. O, çox təcrübəli bir oyunçudur. Təbii ki, bu gün onsuz oynamaq çətin idi. Ancaq biz bu gün komanda kimi oynadıq. Cavid İmamverdiyev də öndə - Marko Deviçin yerində böyük iş gördü. Bu, layiqli bir qələbə idi.

Bəxtiniz gətirdi, yoxsa "Sabah” ağıllı futbol oynadı?

- Biz birinci hissədə qol vurandan sonra ikinci hissədə geri çəkildik. Bu, məntiqli idi. Çünki hesabda öndə idik və əks-hücumda oynamağa başladıq. Əgər görüşdə qalib gəlmişiksə, deməli, düz oynamışıq.

Bunadək "Sabah”ın ön xətt oyunçularında yalnız Marko Deviç qol vurmuşdu. Bu gün Cavid İmamverdiyev də qol vurdu. Bəs sizə növbə nə zaman çatacaq?

- Bu gün Məqsəd İsayev də qol vurdu. Mənə gəlincə, bu istiqamətdə çalışıram.

Son xəbərlər

Orphus sistemi