"Sabah"ın futbolçusu: "Ukraynanı tərk etmək üçün çox çətin anlar yaşadım"

"Sabah"ın futbolçusu: "Ukraynanı tərk etmək üçün çox çətin anlar yaşadım" "Oranı tərk etmək üçün çox çətin anlar yaşadım. Bu, fiziki vəziyyətimin bir hissəsini aldı".
Futbol
189
10 May , 2022 09:12
Sabahın futbolçusu: Ukraynanı tərk etmək üçün çox çətin anlar yaşadım

"Oranı tərk etmək üçün çox çətin anlar yaşadım. Bu, fiziki vəziyyətimin bir hissəsini aldı".

"Report" xəbər verir ki, bunu "Sabah" klubunun futbolçusu Lukas Rangel Ukraynadan ayrılması ilə bağlı "Terra" nəşrinə açıqlamasında deyib.

26 yaşlı hücumçu müharibə səbəbindən problemlərlə üzləşdiyini bildirib: "Bir neçə gün düzgün qidalanmadım, yatmadım, gəzmədim və məşq etmədim. Psixoloji problemlərim oldu. Yaşadıqlarım, şübhəsiz ki, ən ağır şeylərdir. Son bir neçə oyunda özümü daha yaxşı hiss edirəm və inkişaf etdiyimi görürəm".

Braziliyalı forvard "Səbail"ə səfərdə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVI tur oyunundakı qolu barədə də danışıb: "Bu qolu əvvəldən axtarırdım, amma top qapıya girməməkdə israr edirdi. Sevinirəm ki, fərqlənə bildim. Qol həmişə sevincə səbəb olur. Ümid edirəm ki, qol vurmağa və “Sabah”a köməklik göstərməyə davam edəcəyəm".

Son xəbərlər

Orphus sistemi