"Sabah"ın futbolçusu: "Şəxsi məşqçim Modriç və Salahla da işləyir"

"Sabah"ın futbolçusu: "Şəxsi məşqçim Modriç və Salahla da işləyir" “Mənim şəxsi məşqçim var - Andrea Milutinoviç. Onunla 10 ildir çalışıram. O, Luka Modriç, Məhəmməd Salah, Dario Srna kim top-futbolçularla da işləyir”.
Futbol
2 Aprel , 2019 12:10
Sabahın futbolçusu: Şəxsi məşqçim Modriç və Salahla da işləyir

“Mənim şəxsi məşqçim var - Andrea Milutinoviç. Onunla 10 ildir çalışıram. O, Luka Modriç, Məhəmməd Salah, Dario Srna kim top-futbolçularla da işləyir”.

"Report" xəbər verir ki, bunu “Sabah”ın futbolçusu Marko Deviç Ukraynanın tanınmış futbol şərhçisi Viktor Vatskonun "Youtube"dakı "Вацко Live" kanalına müsahibəsində deyib. Onun sözlərinə görə, bu mütəxəssis karyerası ərzində həm fiziki, həm də psixoloji baxımdan özünü yaxşı hiss etməsini üçün çox kömək olub.

Azərbaycanda futbol matçlarına az sayda azarkeşin gəldiyini vurğulayan 36 yaşlı forvard Bakıdakı yaşayış şəraitindən razılıq edib: “Deyirlər əvvələr səviyyə yüksək olub, çox adam gəlib. Burada dil baxımından problem yoxdur. Rus və ingilis dilində təmas qururam. Həmçinin serb dilini bilirəm. Ukrayna və alman dilində də başa düşürəm. Buradakı insanlar Lixtenşeyndəkilərdən çox yaxşıdır. Avropada bir çox yerlərdə oynamışam. Rusiya, Serbiya, Ukrayna... Hər şey gözəldir, amma insanlar soyuqdurlar. Burada isə hər şey əksinədir. İnsanlar daha istiqanlıdır, ab-hava real həyata çox yaxındır. Burada hər şey gözəldir”.

Deviç “Sabah”ın prezidenti Maqsud Adıgözəlovun ona və ailəsinə böyük diqqət ayırdığını bildirib: “Klub prezidenti övladıma uşaq bağçası seçərkən də köməklik etdi. O, bağça xərclərini üzərilərinə götürmək istəyirdi. Dedim ki, çox sağ olun, lazım deyil. Bəli, pul önəmlidir. Ancaq bu cür insani məqamlar... Məni burada saxlayan, motivasiya verən odur. Biri sənə insan kimi yanaşırsa, ona geri qaytarmaq istəyirsən. Yoldaşım üçün 2 uşaq var. Mən də uşağam (gülür). Sara ilə hər şey daha asandır, nəyinki mənimlə”.

Qeyd edək ki, Deviç karyerası ərzində Serbiyanın "Zvezdara", "Jeleznik", "Radniçki", "Vojdovats", Ukraynanın "Volın", "Metallist", "Şaxtyor", Rusiyanın "Rubin", "Rostov", Qətərin "Əl-Rayan" və Lixtenşteynin "Vaduts" klublarının formasını geyinib. O, 2007/2008 mövsümündə Ukrayna Premyer Liqasının bombardiri olub.

Son xəbərlər

Orphus sistemi