"Sabah"ın futbolçusu "Keşlə" ilə oyundan sonra baş hakimi vurmaq istəyib

"Sabah"ın futbolçusu "Keşlə" ilə oyundan sonra baş hakimi vurmaq istəyib Keşlə və Sabah komandaları arasındakı Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra qalmaqal baş verib.
Futbol
19 Oktyabr , 2019 21:22
Sabahın futbolçusu Keşlə ilə oyundan sonra baş hakimi vurmaq istəyib

"Keşlə" və "Sabah" komandaları arasındakı Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra qalmaqal baş verib.

"Report"un məlumatına görə, qonaqların futbolçusu Təmkin Xəlilzadə oyun bitən kimi hakimlərin üzərinə yeriyib. 

Azərbaycan millisinin cinah oyunçusu baş hakim Kamal Umudluya kəskin etirazı qarşılığında önündə qırmızı vərəqə alıb. Bundan qəzəblənən futbolçu referini vurmaq istəyib. Onu komanda yoldaşları və polislər sakitləşdiriblər.

Qeyd edək ki, matç 1:1 hesablı heç-heçə ilə nəticələnib. 90+3-cü dəqiqədə "Sabah"ın daha bir futbolçusu Filip İvanoviç ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Son xəbərlər

Orphus sistemi