"Sabah"ın əsas komandasından kənarlaşdırılan futbolçu əfv edildi

"Sabah"ın əsas komandasından kənarlaşdırılan futbolçu əfv edildi "Sabah" klubu əsas komandadan kənarlaşdırılan Şakir Seyidovla bağlı yeni qərar qəbul edib.
Futbol
17 Noyabr , 2020 18:31
Sabahın əsas komandasından kənarlaşdırılan futbolçu əfv edildi

"Sabah" klubu əsas komandadan kənarlaşdırılan Şakir Seyidovla bağlı yeni qərar qəbul edib.

20 yaşlı futbolçunun "Report"a verdiyi məlumata görə, onun əvəzedici komanda ilə məşqlərdə iştirakına icazə verilib.

Gənc yarımmüdafiəçi daha əvvəl fərdi hazırlıqla kifayətlənirdi.

Qeyd edək ki, Şakir Seyidovla yanaşı, Emil Qasımov və Elçin Mustafayev "Sabah" rəhbərliyinin yeni müqavilə təklifini geri çevirdikləri üçün əsas komandadan uzaqlaşdırılmışdılar. Qasımov I Divizion təmsilçisi "Kəpəz"ə keçib. Mustafayev isə əfv olunaraq, əvəzedici komanda ilə birlikdə məşqlərə buraxılıb.

Şakir Seyidov
Şakir Seyidov

Son xəbərlər

Orphus sistemi