"Sabah"ın bombardiri yanğınsöndürən olmaq istəyir

"Sabah"ın bombardiri yanğınsöndürən olmaq istəyir "Sabah" klubunun futbolçusu Coy-Lens Mikels peşəkar karyerasını başa vurduqdan sonra yanğınsöndürən olmaq istəyir.
Futbol
19 may 2022 15:00
Sabahın bombardiri yanğınsöndürən olmaq istəyir

"Sabah" klubunun futbolçusu Coy-Lens Mikels peşəkar karyerasını başa vurduqdan sonra yanğınsöndürən olmaq istəyir.

"Report"un məlumatına görə, Konqo əsilli almaniyalı hücumameylli yarımmüdafiəçi bu barədə İctimai TV-nin "Bol idman" verilişinə müsahibəsində deyib.

28 yaşlı oyunçu gələcəkdə özünü futbolda görmədiyini bildirib: "Həmişə yanğınsöndürən işi ilə məşğul olmaq istəmişəm. Bilirəm, çox çətindir. Amma özümü gələcəkdə ofisdə əyləşib, səhər saat 9:00-dan axşam saat 18:00-dək kompüterimdə yazı yazan yerdə təsəvvür etmirəm".

Qeyd edək ki, Coy-Lens Mikels ötən ilin iyulundan "Sabah"da çıxış edir. Hücumçu bu mövsüm vurduğu 11 qolla öz komandasının ən sərrast futbolçusu, Premyer Liqanın isə bombardirlərindən biridir.

Son xəbərlər

Orphus sistemi