"Sabah"ın baş məşqçisi: "Təəssüf ki, imkanlarımızdan istifadə edə bilmədik"

"Sabah"ın baş məşqçisi: "Təəssüf ki, imkanlarımızdan istifadə edə bilmədik" Bakı. 1 dekabr. REPORT.AZ/ Maraqlı oyun izlədik. Qollar, sarı və qırmızı vərəqələr oldu. İlk yarıda qollar buraxmağımızdan sonadək əziyyət çəkdik. Oyunçularımız ikinci hissədə oyunu ələ aldı. Təəssüf ki, imkanlarımızdan istifadə edə bilmədik. “Neftçi”nin hücum xətti çox güclüdür.
Futbol
1 Dekabr , 2018 20:21
Sabahın baş məşqçisi: Təəssüf ki, imkanlarımızdan istifadə edə bilmədik

Bakı. 1 dekabr. REPORT.AZ/ "Maraqlı oyun izlədik. Qollar, sarı və qırmızı vərəqələr oldu. İlk yarıda qollar buraxmağımızdan sonadək əziyyət çəkdik. Oyunçularımız ikinci hissədə oyunu ələ aldı. Təəssüf ki, imkanlarımızdan istifadə edə bilmədik. “Neftçi”nin hücum xətti çox güclüdür".

"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının XIII turunda "Neftçi"yə məğlubiyyətdən sonra söyləyib.

O, bildirib ki, hücum etdikləri vaxt son zərbə və ötürmələri verə bilmirlər.

Baş məşqçi zədəsini sağaldan Elşən Abdullayevin növbəti oyunda meydana çıxmaq ehtimalının olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi