"Sabah"ın baş məşqçisi: "Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm"

"Sabah"ın baş məşqçisi: "Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm" "Rəqibi təbrik edirəm. Özümüzə gəlincə, 3 xal üçün oynadıq. Uşaqların oyuna hazırlığından, yanaşmasından razı qaldım. Futbolda belə məğlubiyyətlər olur. Elə olur, pis oynayıb qazanırsan, elə də olur, yaxşı oynayıb uduzursan. Bu da belə oyunlardan biridir"
Futbol
14 Avqust , 2021 20:50
Sabahın baş məşqçisi: Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm

"Rəqibi təbrik edirəm. Özümüzə gəlincə, 3 xal üçün oynadıq. Uşaqların oyuna hazırlığından, yanaşmasından razı qaldım. Futbolda belə məğlubiyyətlər olur. Elə olur, pis oynayıb qazanırsan, elə də olur, yaxşı oynayıb uduzursan. Bu da belə oyunlardan biridir".

"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Ramin Quliyev evdə "Səbail"ə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının ilk turunun oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, komandaya yeni qoşulanlarla yanaşı, heyətdə zədəlilər də var: "Xulio Sezar Rodriqes Gürcüstan toplanışında zədələnib. Oyun baxımından tam komplektləşməmişik. Getdikcə daha yaxşı komanda görəcəyik. Sadəcə, vaxt lazımdır. Heyətimiz yenilənib, vaxta ehtiyacımız var. Amma bu, məğlubiyyətə bəhanə deyil".

Quliyevin komandanın cari mövsümdəki hədəfini açıqlayıb: "Belə heyət yığırıqsa, deməli, qarşımıza qoyulan məqsəd avrokuboklara vəsiqə qazanmaqdır. Əsas hədəf budur. Potensialımız var, qarşıdakı turlarda daha yaxşı olacağıq. Rəhbərliyin işinə qarışmıram. Tez bir zamanda bu məğlubiyyəti unudub, növbəti matçlarda qələbə qazanmaq üçün hazırlaşacağıq".

Baş məşqçi rəqibin qələbəsinə kölgə salmaq istəmədiyini deyib: "Bu, futboldur. Elə oyunlar var ki, oynayıb uduzursan. Bu da onlardan biri idi. Futbolun gözəlliyi də budur".

Son xəbərlər

Orphus sistemi