"Sabah"ın baş məşqçisi: "Öz fəlsəfəmi tətbiq edəcəyəm"

"Sabah"ın baş məşqçisi: "Öz fəlsəfəmi tətbiq edəcəyəm" "İlk hissədə pis oynamadıq. Küləyə qarşı oynamaq çətin idi. Müdafiədə düzgün işləməsinə. İkinci hissədə külək bizim tərəfimizdə idi. Sadəcə dəqiqlik çatmadı. Bu cür komandalara qarşı oyunlarda dəqiqlik olmayanda səni cəzalandırırlar"
Futbol
22 Avqust , 2020 22:20
Sabahın baş məşqçisi: Öz fəlsəfəmi tətbiq edəcəyəm

"İlk hissədə pis çıxış etmədik. Küləyə qarşı oynamaq çətin idi. Müdafiədə düzgün işləmədik. İkinci hissədə külək bizim tərəfimizdə oldu. Sadəcə, dəqiqlik çatmadı. Bu cür komandalara qarşı oyunlarda dəqiqlik olmayanda səni cəzalandırırlar".

"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Visente Qomes Premyer Liqanın I turunda səfərdə "Qarabağ"a 0:2 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, daha çox pressinq edən komandaya çevrilmək niyyətindədirlər: "Topu özümüzdə çox saxlamaq, hücum etmək istəyirik. Tez qərar verən komanda olmaq niyyətindəyik. Həmişə döyüşkən və təslim olmayan kollektiv yaratmaq istəyirik. Bu gün bir az sıxıntılar oldu. Uyğunlaşmaq lazımdır. Rəqib bizi arxaya çəkilməyə məcbur etdi. Düzgün müdafiə olunmalıyıq. İlk hissədə vurulan qolu çıxsaq, müdafiədə yaxşı oynadığımızı deyə bilərəm".

İspaniyalı baş məşqçinin sözlərinə görə, "Sabah"a gələnədək Azərbaycan futbolu barədə məlumatı olmayıb: "Burada daha çox bərabər səviyyəli oyunlara şahid oluruq. "Qarabağ" və "Neftçi" digərlərindən bir qədər fərqlənir. Müəyyən ideyalarım var. Öz istədiyim üslubu yaratmaq istəyirəm. Əlimizdəki futbolçulardan istifadə edərək, öz fəlsəfəmi tətbiq etmək niyyətindəyəm".

Qomes Ramil Şeydayevi əvəzləməsinin səbəbini də açıqlayıb: "Oyuna 4-3-3 sistemi ilə başlamışdıq. Amma matçın gedişində sxemi dəyişirdik. İki hücumçu ilə oynamağa üstünlük vermədik. 3-cü dəyişikliyimiz də hücumameylli idi. Kevin Kubembanın meydana girməsi cinah hücumlarını sürətləndirmək məqsədi daşıyırdı. Biz keyfiyyətli oyun göstərmək istəyirik".

Baş məşqçi komandanın kapitanı Ruslan Abışovun zədəsindən də danışıb:
"Mövsümdən əvvəl problemləri var idi. Bel əzələsində zədə olduğu üçün bu gün oynamadı. Sağalandan sonra komandaya qoşulacaq".

V.Qomes rəhbərliyin onun qarşısına Avropa Liqasına vəsiqə qazanmaq hədəfi qoyduğunu deyib: "Əslində nəticələr tək bizdən asılı deyil. Çünki digər komandalar da bunu istəyir. Əlimizdəki materialdan maksimum istifadə etmək istəyirəm. Elə baş məşqçiyəm ki, sadəcə bizdən asılı olan işlərə köklənmək istəyirəm".

Son xəbərlər

Orphus sistemi