"Sabah"ın baş məşqçisi: "Mən burada müvəqqətiyəm"

"Sabah"ın baş məşqçisi: "Mən burada müvəqqətiyəm" "Qələbə qazandıq. Çətin oyun oldu. Komandada inam yox idi, neçə aydır qalib gələ bilmirdik. Qələbə həm ağır, həm də şirin oldu. Bu gün meydanda komanda ruhunu, istəyi gördük".
Futbol
4 Aprel , 2021 19:44
Sabahın baş məşqçisi: Mən burada müvəqqətiyəm
Ramin Quliyev

"Qələbə qazandıq. Çətin oyun oldu. Komandada inam yox idi, neçə aydır qalib gələ bilmirdik. Qələbə həm ağır, həm də şirin oldu. Bu gün meydanda komanda ruhunu, istəyi gördük".

"Report"un məlumatına görə, bu fikirləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev evdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXI tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis komandada özünəinam yaratdıqlarını bildirib: "Əvvəl bu amil çatmırdı. Bacardığımız qədər çalışdıq, qısa müddətə komandanı hazır etmək olmur. Milli komandaların oyunları ilə bağlı fasiləyə görə kollektiv məşq etmək alınmırdı".

Quliyev baş məşqçi vəzifəsinə müvəqqəti təyin olunduğunu söyləyib: "Mən burada müvəqqətiyəm, qarşıma hansısa hədəf qoyulmayıb, 2, 3 qələbə bizə daha yuxarılara aparacaq. Bunlar alınarsa, niyə də avrokuboklara vəsiqə qazanmayaq"?!

Baş məşqçi bu gün komandasına qələbə qazandıran Ramil Şeydayevin keyfiyyətli futbolçu olduğunu vurğulayıb: "Ona inam lazım idi. Bu gün hücumçunu meydanda sonadək saxlamağıma səbəb də bu idi. İnanıram ki, yaxın zamanda əsl Ramili görəcəksiniz".

Son xəbərlər

Orphus sistemi