"Sabah"ın baş məşqçisi: "Futbolçular paltardəyişmə otağında ağlayırdılar"

"Sabah"ın baş məşqçisi: "Futbolçular paltardəyişmə otağında ağlayırdılar" "Çoxlu emosiya var. Hər şeyə obyektiv qiymət verməyə çalışacağam".
Futbol
15 May , 2022 19:51
Sabahın baş məşqçisi: Futbolçular paltardəyişmə otağında ağlayırdılar

"Çoxlu emosiya var. Hər şeyə obyektiv qiymət verməyə çalışacağam".

"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev evdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXVII tur matçından sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, avrokuboklara çıxmaq məsələsinə görə nəticə baxımından müəyyən təzyiq var idi: "Buraxdığımız səhvlər bununla bağlı idi. Komandaya irad bildirə bilmərəm. 9 nəfərlə qaldığımız anda belə, hücum edib hesabı bərabərləşdirə bildik. Daha çoxuna ümid edirdik. Bu gün hddindn artıq lazımsız səhvlərə yol verdik. Kimisə günahlandırmaq çətindir".

39 yaşlı baş məşqçi jurnalistlərin daim ona neqativ suallar verdiyini söyləyib: "Udduğumuz, heç-heçə etdiyimiz matçlardan sonra belə, futbolçularımı pisləyirsiniz. Sizin peşənizə hörmət edirəm. Hamınız yaxşı insanlarsınız. Bu cür suallar vermək işinizin bir hissəsidir. Amma yaxşı şeylərdən də danışmaq lazımdır. Komandadakı inkişafı görə bilmirsiniz? Razıyam, ilk hissədə rəqib kompakt oynadı. Xüsusilə mərkəzdə boşluqlar tapmaq çətin idi. Daha çox cinahlardan asmalar edirdik".

O, hava şəraitindən və oyunun saat 17:00-a salınmasından da gileylənib: "Bakıda oyunların günorta saatlarına təyin olunmasını başa düşə bilmirəm. Daha əlverişli hava şəraitinin olduğu saatlarda oynamağımıza nə mane olur ki? Havaya görə qalib gələ bilmdəyimizi demirəm. Amin Seydiyevin qovulduğu epizodda qırmızı vərəqənin olmadığını düşünürəm. Çünki rəqib künc nöqtəsinə tərəf qaçırdı və digər oyunçumuz da Amini sığortalayırdı. Lakin istənilən halda səliqəli və ehtiyatlı oynamalı idi. Qapımıza qol vurulsaydı belə, qırmızı vərəqə almaqdan qaçmalı idi".

Musayev məğlubiyyəti təkcə psixoloji gərginliklə əlaqələndirməyib: "Taktiki səhvlərimiz də oldu. Amma futbolçular hər şeyin son turda həll olunmasını çox istəyirdilər. Bugünkü oyundan qorxmurdular. Fikrimc, bir az məsuliyyət çatmadı. Halbuki bundan qaçmaq olardı. Futbolçuların çoxu paltardəyişmə otağında ağlayırdı. Heç kimi günahlandırmaq lazım deyil. Onlar istəyirdilər, sadəcə, belə alındı".

Mütəxəssis "Sabah"a yeni gələndə "Qəbələ"dən 11 xal geridə olduqlarını xatırladıb: "Hamı "Sabah"ın büdcəsindən danışır. Hansı büdcə? Bizim büdcəmiz "Qarabağ" və "Neftçi"dən geri qalır. "Qarabağ"a 1:5 uduzduğumuz oyundan sonra deyirlər ki, bu oyun sizin işinizin güzgüsüdür. Niy? Halbuki ondan əvvəl "Zirə" ilə heç-heçə edib, "Neftçi" və "Keşlə"ni udmuşuq. Bu cür fikir bildirmk düzgün deyil, dostlar. Tənqidə qarşı deyiləm. Lakin obyektiv olmaq lazımdır. Məndən inciməyin".

Son xəbərlər

Orphus sistemi