"Sabah"ın baş məşqçisi: "Əsassız tənqidlərə fikir vermirəm"

"Sabah"ın baş məşqçisi: "Əsassız tənqidlərə fikir vermirəm" "İlk yarı bərabər səviyyədə keçdi. Sadəcə, penaltidən qol buraxdıq. İkinci hissəyə rəqib yaxşı başladı və daha bir dəfə fərqləndi. Biz isə qol fürsətlərindən yararlansaydıq, nəticə başqa cür ola bilərdi".
Futbol
20 Dekabr , 2020 19:37
Sabahın baş məşqçisi: Əsassız tənqidlərə fikir vermirəm
Visente Qomez

"İlk yarı bərabər səviyyədə keçdi. Sadəcə, penaltidən qol buraxdıq. İkinci hissəyə rəqib yaxşı başladı və daha bir dəfə fərqləndi. Biz isə qol fürsətlərindən yararlansaydıq, nəticə başqa cür ola bilərdi".

"Report"un məlumatına görə, bunu "Sabah" komandasının baş məşqçisi Visente Qomes evdə "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XII tur matçından sonradan mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, son pillədə olmaları məhz qol imkanlarından yararlana bilməmələri ilə əlaqədardır: "Bunu bütün oyunlara şamil etməzdim. Amma əksər matçlarda bu, belədir. Start heyəti daha xeyirli ola biləcəyi üçün müəyyənləşdirirəm. Eyni zamanda ehtiyatdan çıxıb faydalı olacaq oyunçuları düşünürəm. Ramil Şeydayevlə bağlı problem yoxdur. Bu gün də özünü yaxşı tərəfdən göstərdi".

Qomes faydalı tənqidləri normal qəbul etdiyini söyləyib: "Amma işimizə heç bir təsiri olmayan tənqidlərə fikir vermirəm. İşlədiyim hər yerdə belə olub".

Baş məşqçi qış fasiləsində hücum xəttinə yeni oyunçu cəlb etmək üçün vəziyyətə uyğun qərar verəcəklərini dilə gətirib.

Son xəbərlər

Orphus sistemi