"Sabah"ın baş məşqçisi: "Düşdüyümüz vəziyyət ürəkaçan deyil"

"Sabah"ın baş məşqçisi: "Düşdüyümüz vəziyyət ürəkaçan deyil" "Bu gün uduzmağımıza baxmayaraq, komandamıza alqış düşür. Çünki uşaqlar çempiona qarşı oynadıqlarını hiss etdirmədilər".
Futbol
26 Sentyabr , 2021 19:32
Sabahın baş məşqçisi: Düşdüyümüz vəziyyət ürəkaçan deyil
Ramin Quliyev

"Bu gün uduzmağımıza baxmayaraq, komandamıza alqış düşür. Çünki uşaqlar çempiona qarşı oynadıqlarını hiss etdirmədilər".

"Report"un məlumatına görə, bunu "Sabah" komandasının baş məşqçisi Ramin Quliyev evdə "Neftçi"yə 1:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, flaqmanın hər iki qolu adi epizodlardan buraxılıb. Quliyev bunu bəxtsizliklə əlaqələndirib. O, yaratdıqları epizodlardan maksimum yararlana bilmədiklərini söyləyib: "Bu gün nəinki bərabərlik qolunu vura, hətta hesabı xeyrimizə dəyişə bilərdik. Kimə qarşı oynadığımızı bilirdik. Bununla belə, qol buraxdıqdan sonra da özünəinam hissi ilə çıxış etdik. Məğlubiyyətlər komandamıza inamsızlıq gətirir".

Futbolçuların əzmkarlıq göstərdiyini deyən baş məşqçi sərt qərarlar verməyi doğru saymayıb: "Bu məğlubiyyəti sırf bəxtsizliklə əlaqələndirərdim. Adi vəziyyətdən qol buraxırıq, amma bir metrdən qol vura bilmirik. Bu gün Sebalyos yaxşı oynadı. O, gələndə 4 ay futbol oynamamışdı. Artıq o, komandaya uyğunlaşıb, əsas heyət üzvüdür. Məğlubiyyətləri qəbul edirəm. Amma oyundan-oyuna komandamız formalaşır. Düşdüyümüz vəziyyətdən çıxmağa çalışacağıq. 5 oyuna 1 xalımız var. Qərarı verən rəhbərlikdir. Futbolda belə şeylər olur. Yenə də rəhbərliklə danışacağam. Hər şeyi açıq danışacağam. Düşdüyümüz vəziyyət mənə xoş deyil. Bu vəziyyətdən çıxmalıyıq".

Quliyev növbəti turlarda rəhbərliyin inamını qaytarmağa çalışacaqlarını da dilə gətirib: "Növbəti turda "Keşlə" ilə qarşılaşacağıq. İki autsayder oynayacaq. Hərəmizin bir xalı var. "Keşlə"yə də xüsusi yanaşırıq. Hər şeyin başında qələbə durur. Düşdüyümüz vəziyyət ürəkaçan deyil".

Baş məşqçi gənc futbolçu Camal Cəfərova irad deyil, inam verməyə çalışdığını da diqqətə çatdırıb: "Onu dəstəkləmək üçün yanıma çağırdım. Kənardakılara başqa cür görünməsin".

Son xəbərlər

Orphus sistemi