"Sabah"ın baş məşqçisi: "Bizdə zəif oynayan futbolçu yoxdur"

"Sabah"ın baş məşqçisi: "Bizdə zəif oynayan futbolçu yoxdur" Bu gün istənilən oyunçu özünü yaxşı tərəfdən göstərdi
Futbol
4 May , 2021 22:26
Sabahın baş məşqçisi: Bizdə zəif oynayan futbolçu yoxdur
Ramil Quliyev

"Oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibi yaxşı təhlil etmişdik. 7-8 futbolçumuz oynamasa da, uğurlu nəticə qazana bildik. Futbolçularımı təbrik edirəm".

"Report"un məlumatına görə, bu fikirləri "Sabah"ın baş məşqçisi Ramil Quliyev səfərdə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, müdafiənin mərkəzində şans verdiyi Bəxtiyar Həsənalızadə və Ruslan Abışov tandeminin çıxışına toxunub: "Bizdə zəif çıxış edən futbolçu yoxdur. Bu gün istənilən oyunçu özünü yaxşı tərəfdən göstərdi".

Quliyev matçın gedişində zədələnən Həsənalızadənin durumuna həkimlərin müayinəsindən sonra aydınlıq gələcəyini də bildirib.

Son xəbərlər

Orphus sistemi