"Sabah"ın baş məşqçisi bəyəndiyi 3 futbolçunun adını açıqlayıb

"Sabah"ın baş məşqçisi bəyəndiyi 3 futbolçunun adını açıqlayıb "Sabah" klubunun baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasında çıxış edən ən yaxşı 3 futbolçunun adını açıqlayıb.
Futbol
26 Yanvar , 2022 20:16
Sabahın baş məşqçisi bəyəndiyi 3 futbolçunun adını açıqlayıb

"Sabah" klubunun baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasında çıxış edən ən yaxşı 3 futbolçunun adını açıqlayıb.

"Report"un məlumatına görə, rusiyalı mütəxəssis "Match TV"yə müsahibəsində "Neftçi"dən Emin Mahmudovu, "Qarabağ"dan Abdullah Zubiri və "Zirə"dən Davit Volkovu bəyəndiyini bildirib.

O, "Sabah"ın heyətində heç kimi fərqləndirmək istəmədiyini söyləyib: "Mənim üçün hamısı yaxşıdır. Ümumiyyətlə, limitlə əlaqədar xaricdən Azərbaycan əsilli futbolçuların ölkəyə qaytarılması və onlara idman vətəndaşlığı verilməsi tendensiyası var. Ramil Şeydayevdə olduğu kimi. O, indi "Qarabağ"dadır. Bundan başqa, Tula “Arsenal”ından Ayaz Quliyev və “Ufa”dan Azər Əliyevlə bağlı xeyli söz-söhbət gəzir".

Qeyd edək ki, ötən ilin oktyabrından "Sabah"a başçılıq edən Murad Musayev paytaxt klubu ilə 2 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi