"Sabah"ın baş məşqçisi: "Azlıqda qalmaq işimizi çətinləşdirdi"

"Sabah"ın baş məşqçisi: "Azlıqda qalmaq işimizi çətinləşdirdi" "Birinci hissədə oyuna nəzarət edən tərəf biz idik. Amma əldə etdiyimiz qol fürsətlərindən istifadə edə bilmədik. Rəqib isə ilk hissənin sonlarında və ikinci hissənin əvvəlində fərqlənməyi bacardı".
Futbol
31 Oktyabr , 2020 17:20
Sabahın baş məşqçisi: Azlıqda qalmaq işimizi çətinləşdirdi
Visente Qomes

"Birinci hissədə oyuna nəzarət edən tərəf biz idik. Amma əldə etdiyimiz qol fürsətlərindən yararlana bilmədik. Rəqib isə ilk hissənin sonlarında və ikinci hissənin əvvəlində fərqlənməyi bacardı".

"Report"un məlumatına görə, bunu "Sabah" klubunun baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının VIII turunda səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis bildirib ki, meydanda azlıqda qalmaq komandasının işini çətinləşdirib: "Buna baxmayaraq, futbolçularım əllərindən gələni etdilər, qol da vurduq. Lakin digər qol fürsətlərini dəyərləndirə bilmədik və məğlub olduq".

Son xəbərlər

Orphus sistemi